Türkiyə yeni müdafiə sistemini sınaqdan keçirdi - VİDEO

 21:08 03.05.2022     307

Bu gün Türkiyədə "Gökdeniz" adlı hava hücumundan müdafiə sisteminin atəş sınaqları həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Gəmiyə yerləşdirilmiş sistem havada yüksək sürətlə hərəkət edən hədəfi məhv etməyi bacarıb.

Sistem Türkiyənin "Aselsan" şirkəti tərəfindən hazırlanıb. Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunacaq "Gökdeniz" yaxın məsafədə uçan pilotsuz uçuş aparatlarını, təyyarə və helikopterləri, ən əsası gəmi əleyhinə raketləri məhv edə biləcək.

35 millimetr çaplı sistemin bütün komponentləri ölkə daxilində istehsal edilib. Yerli hava hücumundan müdafiə sistemi bu sahədə xaricdən asılılığa son qoyacaq.