"Azovstal"dan 100-dən çox ukraynalı təxliyə EDİLDİ

 21:27 03.05.2022     559

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uğurlu əməliyyatı nəticəsində Rusiyanın ələ keçirdiyi Ukraynanın Mariupol şəhərindəki "Azovstal" polad zavodundan 100-dən çox mülki şəxs təxliyə olunub.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano Abreu jurnalistlərə açıqlamasında bildirib.

S.Abreu deyib ki, BMT, həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək: “Ümid edirəm ki, Kiyev və Moskva ilə davam edən koordinasiya daha çox mülki şəxslərin döyüşlərin olduğu bölgələrdən təhlükəsiz şəkildə uzaqlaşmasına və humanitar yardımların çatdırılmasına imkan verəcək”.

Vumart və Güvən reklamı Vumart Güvən