Rusların Ukraynada öldürdüyü mülki şəxslərin yeni SAYI

 22:51 03.05.2022     566

Ukraynada müharibə başlayandan indiyədək ruslar 3193 dinc sakini öldürüb 3353 nəfəri yaralayıbıar.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatında deyilir.

Məlumata görə, ölənlərin 1140-ı kişi, 734-ü qadın, 71-i qız və 84-ü oğlandır, o cümlədən cinsiyyəti hələ müəyyən edilməyən 72 uşaq və 1092 böyük var.

Rəqəmlər yalnız sübut edilən ölüm və yaralanma faktlarına əsaslanır. Real rəqəmlər daha çox ola bilər.

Qeyd olunur ki, mülki əhalinin əksəriyyətinin ölümü və ya xəsarət alması hallarının səbəbi ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulmasıdır.