İtaliya 2024-cü ilə qədər Rusiya qazından tamamilə imtina edə bilər

İtaliya 2024-cü ilə qədər Rusiya qazından tamamilə imtina etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə ekoloji modernləşdirmə və transformasiya naziri Roberto Çinqolani "La Repubblica" qəzetinə müsahibəsində bildirib.
“2024-cü ilin ikinci yarısına qədər ölkəmiz Rusiyadan energetik asılılığı tam aradan qaldırmalıdır”, - İtaliya rəsmisi bildirib.
O, Rusiyanın təklif etdiyi qazın rublla ödəniş mexanizmini də şərh edib.
Çinqolani düşünür ki, Avropa Komissiyası məsuliyyəti ayrı-ayrı hökumətlərin və neft-qaz şirkətlərinin üzərinə atmamaq üçün bu məsələ ilə bağlı aydın və birmənalı siyasi qərar qəbul etməlidir.