Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 24500 hərbçi, 1077 tank, 194 qırıcı...

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Baş Qərargahın feysbuk səhifəsində paylaşım edilib.
Məlumatda bildirilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 500 hərbçisini itirib: "Həmçinin 87 qanadlı raket, 2 610 zirehli döyüş maşını, 1 077 tank, 491-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib".
Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.