Suriyada Türkiyə hərbçisi şəhid oldu

 11:01 04.05.2022     133

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri şəhid olub.

Redaktor.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, terrorçular “Zeytun budağı” antiterror əməliyyatı zonasında raket atıb. Türkiyə ordusu cavab tədbirləri görüb və nəticədə 24 terrorçu zərərsizləşdirib.

Qeyd edək ki, Türkiyə ordusu “Zeytun budağı” əməliyyatını 2018-ci ilin yanvarın 19-da başladıb. Əsas məqsəd bölgədəni YPK, PKK terrorçularından təmizləməkdir. Əməliyyat rəsmi olaraq 2018-ci ilin martında bitsə də, ərazidə indiyədək hərbi əməliyyatlar davam etməkdədir.