Belarus genişmiqyaslı hərbi təlimlərə BAŞLADI

 11:32 04.05.2022     160

Belarus Silahlı Qüvvələrində reaksiya qruplarının qəfil yoxlanılması məqsədilə genişmiqyaslı təlimlərə başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Telegram kanalında məlumat yayılıb.

Qeyd olunub ki, təlimlərin keçirilməsində məqsəd hərbi qulluqçuların böhranlı vəziyyətlərin yaranmasına çevik reaksiya vermək hazırlığının və bacarıqlarının qiymətləndirilməsidir.