“Rusiya Ukraynada raket terroruna başlayıb” - Kuleba

 12:15 04.05.2022     217

“Rusiya Ukraynada raket terroruna başlayıb”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviter səhifəsində yazıb.

“Rusiya irəliləmək üçün mübarizə aparır və daha ciddi itkilər verir. Beləliklə, Ukrayna ərazisində Rusiyanın raket terroru başlayıb. Amma biz qorxmuruq. Dünya da qorxmamalıdır. Rusiyaya qarşı daha çox sanksiya tətbiq olunmalıdır. Ukraynaya daha ağır silahlar verilməlidir. Rusiya raket terroruna görə cəzalandırılmalıdır”, - o qeyd edib.