Rusiyaya qarşı 6-cı sanksiya paketi açıqlandı

 13:11 04.05.2022     278

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı sanksiyaların altıncı paketini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat yayıb.

"Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik. Birincisi, Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbçilərin və digər şəxslərin siyahısını hazırlamışıq. Biz sizin kim olduğunuzu bilirik və siz cavabdehlik daşıyacaqsınız. Həmçinin Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu asan olmayacaq, amma biz bunun üzərində işləməliyik”,- Avropa Komissiyasının sədri bildirib.