"Azov" döyüşçüləri ruslara təslim olmaqdan İMTİNA ETDİ

 13:42 04.05.2022     397

Ukraynanın Mariupoldakı hərbi qruplaşmasının qalıqları “Azovstal” metallurgiya kombinatında etibarlı şəkildə bloklanıb.

Redaktor.az-ın məlumatına görə, bunu Rusiyanın müdafiə nazir Sergey Şoyqu bu gün müşavirədə bildirib.

“Ali Baş Komandanın göstərişinə uyğun olaraq, "Azovstal" zavodunun sənaye zonasında yerləşən yaraqlıların qalıqları bu ərazinin bütün perimetri boyu etibarlı şəkildə bloklanıb. Millətçilərə beynəlxalq hüquq normalarına uyğun olaraq insan həyatının xilas edilməsi və layiqli rəftar zəmanəti ilə mülki şəxslərin azad edilməsi, silahlarını yerə qoyulması ilə bağlı dəfələrlə edilən təkliflərə məhəl qoyulmayıb. Biz bu cəhdləri davam etdiririk”, - deyə nazir bildirib.

Qeyd edək ki, Mariupoldakı "Azovstal" zavodu "Azov" alayının nəzarətindədir.