Boris Consonun adı Kiyevdə əbədiləşdirilir

 14:04 04.05.2022     202

Kiyev vilayətinin Vasilkov şəhərinin sahil zolağı Böyük Britaniyanın Baş naziri Boris Consonun adını daşıyacaq.

Redaktor.az xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç bildirib.

"Stuqna çayı üzərində Vasilkov Şəhər Günündə təntənəli şəkildə açılan yeni sahilimiz indi Ukraynanın böyük dostu, Böyük Britaniyanın Baş naziri Boris Consonun adını daşıyacaq", - mer vurğulayıb.

Qeyd edək ki, aprelin əvvəlində Conson Kiyevə səfər edərək Prezident Volodimir Zelenski ilə danışıqlar aparıb və onunla birlikdə paytaxt küçələrini gəzib.