"Rusiya atəşkəsə maraq göstərmir" - Zelenski

 14:49 04.05.2022     228

"Ukrayna Rusiya ilə münaqişənin dondurulmasına qarşıdır".

Redaktor.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski WSJ-nin CEO Council Summit-ində nitqində bildirib.

Müharibədəki atəşkəs ehtimalına toxunan dövlət başçısı deyib: “Bu, Rusiya ordusunun hazırda olduğu yerdə qalması demək deyil. Bu, münaqişənin dondurulmasıdır, biz buna getməyəcəyik”.

Ukrayna liderinin qənaətincə, Rusiya tərəfi atəşkəsə maraq göstərmir: “Prezident Putinlə görüşümüz olarsa, bəlkə şəxsən razılığa gələ bilərik. O, atəşkəslə bağlı öhdəlik götürməlidir, həm də ictimaiyyət qarşısında, o zaman biz buna inanarıq. Əvvəlcə müharibəni dayandırmaq üçün müvafiq addımlar atılmalıdır, diplomatiya sonra işə düşər”.