SWIFT-dən ayrılacaq Rusiya bankları məlum oldu

 15:03 04.05.2022     349

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların altıncı paketinə daha iki Rusiya bankının SWIFT-dən ayrılmasını təklif etmək niyyətindədir.

Redaktor.az Politico-ə istinadən xəbər verir ki, söhbət Moskva Kredit Bankı və Rusiya Kənd Təsərrüfatı Bankından gedir.

Bundan əlavə, “Sberbank”a qarşı yeni sanksiyalar nəzərdən keçirilir.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell daha çox Rusiya bankının SWIFT-dən ayrılacağını açıqlamışdı.

Qeyd edək ki, martın əvvəlində Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT-dən ayırıb. VTB, VEB.RF, “Novikombank”, “Otkritie”, “Promsvyazbank”, “Rossiya” və “Sovcombank” sanksiyalara məruz qalıblar.