ABŞ helikopterləri artıq Ukraynadadır

 15:32 04.05.2022     352

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna Silahlı Qüvvələrinə 5 Mi-17 helikopteri təhvil verib, eyni zamanda rəsmi Vaşinqton vəd edilən digər hərbi yardımlarla birlikdə daha 11 helikopterin Kiyevə çatdırılması üzərində işləyir.

Redaktor.az xəbər verir ki, bunu “Foreign Policy” dərgisinin milli təhlükəsizlik müxbiri Cek Detç tviterdə yazıb.

ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi bildirib ki, Sovet dövründən qalma 5 helikopter artıq Ukrayna ərazisindədir.

Çatdırılma Ağ evin Ukraynaya helikopter göndərəcəyinə dair ilk işarəsindən aylar sonra baş verib və daha sonra bu yaxınlarda qəbul edilən yardım paketində bunun həcmi daha da böyüyüb.