Bolqarıstan parlamenti Ukraynaya yardım barədə QƏRAR VERDİ

 18:44 04.05.2022     384

Bolqarıstan parlamenti Ukraynaya humanitar və hərbi yardım göstərmək barədə qərar verib.

Redaktor.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Qərarda silah və sursatların verilməsindən söhbət getmir.

Yardım paketinə iqtisadi sanksiyaların nəticələrinin aradan qaldırılması və Ukraynaya humanitar, maliyyə, hərbi yardımlar daxildir.

Qərarda, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasına davamlı dəstək, ukraynalı qaçqınlara yardım, Varnaya Ukrayna taxılının idxalına imkan yaradılması və enerji əməkdaşlığının gücləndirilməsi qeyd olunur.