Belarusda terrorçulara ölüm hökmü VERİLƏCƏK

 19:00 04.05.2022     253

Belarusda terror aktlarına cəhdə görə ölüm cəzası tətbiq ediləcək.

Redaktor.az Belarus KİV-ə istiandən xəbər verir ki, ölkədə parlamentin yuxarı palatası ölüm hökmünün tətbiqini genişləndirən düzəlişləri təsdiqləyib.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Belarusda nüvə enerjisi obyektlərindən, radioaktiv maddələrdən və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə terror aktına cəhd edən şəxslər barəsində ölüm hökmü çıxarılacaq.

Bundan əlavə, adam öldürməyə cəhdə görə də ölüm hökmü verilə bilər. Belə ki, beynəlxalq fəsadlar və ya müharibə törətmək məqsədilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsinin öldürülməsi, habelə hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək, əhalini qorxutmaq, ictimai asayişi pozmaq məqsədilə dövlət və ya ictimai fəaliyyəti ilə əlaqədar dövlət və ya ictimai xadimin öldürülməsinə görə edam tətbiq oluna bilər.

Qeyd edək ki, Belarus Avropada müstəsna cəza tədbiri kimi ölüm hökmünün saxlanıldığı yeganə ölkə olaraq qalır. Belarusda edam güllələmə metodu ilə tətbiq olunur.