“Ukraynalıları zorlamaq əmrini şəxsən Putin verib” - Ombudsman

“Rus işğalçılarına Ukraynanın dinc sakinlərini zorlamaq əmrini şəxsən Vladimir Putin verib”.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Lyudmila Denisova “Blick” nəşrinə müsahibəsində bildirib.
O, vurğulayıb ki, ukraynalılara qarşı zorakı hərəkətlər birbaşa düşmənin mülki əhaliyə qarşı silahıdır və seksual zorakılıq burada əsas rol oynayır, çünki bunu taktiki olaraq Putin müəyyən edib:
"Onlar qadınları yenidən uşaq sahibi olmaq qabiliyyətindən və ya arzusundan məhrum etmək istəyirlər. Bu, açıq-aşkar soyqırımdır. Əsgərlər bütün ölkəni məhv etmək üçün Putinin əmrlərinə arxalanırlar”.
Xatırladaq ki, aprelin 24-də Denisova rus hərbçilər tərəfindən zorlanan ukraynalıların sayını açıqlayıb. Onun sözlərinə görə, azı 400 ukraynalı uşaq və qadın zorlanıb (qafqazinfo).