Müharibə əleyhdarı rus qadından dəhşətli etiraz - Ağzını tikdi

 22:09 04.05.2022     437

Rusiyada müharibə əleyhidarı qadın ağzına tikiş vuraraq etiraz aksiyası keçirib.

Redaktor.az xəbər verir ki, Nadejda Sayfutdinova Yekaterinburqda əlində müharibə əleyhinə lövhə ilə dayanarkən saxlanılıb.

“Ağzımı həqiqi iynə və sapla tikmişəm. Özüm bunu etmişəm. Sapları çıxarmaq üçün polis şöbəsinə təcili yardım çağırılıb”, - deyə Saifuddinova bildirib.

Saxlanılan şəxs 5 saylı polis bölməsinə aparılıb. Ona kömək etmək üçün vəkil Fyodor Akçermışev bölməyə gəlib (oxu.az).