Putin Vahid Ələkbərovu təltif etdi

 22:50 04.05.2022     319

Rusiya Prezidenti Vladimir Putin “LUKOYL” neft-qaz şirkətinin sabiq rəhbəri, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu təltif edib.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, iş adamı I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, aprelin 21-də Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.

Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.