Ruslar Dnepr şəhərini raket atəşinə TUTDULAR

Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov məlumat verib.
Raket zərbəsi nəticəsində dəmir yolu infrastrukturu zədələnib. Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Hücumun nəticələri barədə əlavə məlumat veriləcək.