Rəsmi Moskva Finlandiya və İsveçi HƏDƏLƏDİ

 23:27 04.05.2022     698

"Finlandiya və İsveç NATO-ya qoşulsalar, Şimali Atlantika bloku ilə Rusiya arasında qarşıdurma məkanına çevriləcəklər".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İspaniyanın ABC qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, Finlandiya və İsveçin iyun ayında NATO-ya daxil olması gözlənilir.