“Qazprom”da daha bir şübhəli ölüm

 23:42 04.05.2022     311

Rusiya-Ukrayna müharibəsindən sonra “Qazprom”la bağlı şübhəli ölümlərə yenisi əlavə edilib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada “Qazprom”la əlaqəli ən məşhur adlardan daha biri şübhəli şəkildə vəfat edib.

Soçidə “Qazprom”a məxsus “Krasyana Polyana” xizək kurortunun meneceri Andrey Krukovskinin uçurumdan yıxılaraq həyatrını itirdiyi açıqlanıb.

Rusiya mətbuatı Krukovskinin ərazidəki qədim “Ahipse” qalasına gedərkən “bədbəxt hadisə ilə üzləşdiyini” yazıb.

Bildirilir ki, 37 yaşında ölən Krukovski Rusiyada iri şirkətlərdə menecer olub və 2012-ci ildə Soçidə "Qazprom" obyektinə rəhbər təyin edilib.

Qeyd edək ki, “Qazprom” şirkəti ilə əlaqəsi olduğu güman edilən 6 rusiyalı oliqarxın son 3 ayda şübhəli şəkildə ölməsi naməlum olaraq qalır. Bu şəxslərin Moskva administrasiyası tərəfindən aradan qaldırıldığı iddiaları qərb mediasında hələ də yer almaqdadır.