Rusiya bu şəhəri raketlə VURDU

 10:48 05.05.2022     236

Rusiya ordusu mayın 5-nə keçən gecə Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.

Nəşr yazır ki, rusiyalı hərbçilər şəhərin mərkəzi və yaşayış olan hissəsinə zərbə endirib. Nəticədə 25 mülki şəxs yaralanıb.

Bununla yanaşı, 3 beşmərtəbəli bina, məktəb və bağçaya ciddi zərər dəyib.