Rusiyanın Ukraynadakı itkiləri artdı - 24700 hərbçi, 1092 tank, 196 qırıcı...

 12:01 05.05.2022     429

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 24 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 092 ədəd tankı, 2 651 ədəd zirehli döyüş maşını, 499 ədəd artilleriya sistemi, 169 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 83 hava hücumundan müdafiə sistemi, 196 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 89 qanadlı raket, 1 907 ədəd nəqliyyat vasitəsi, 10 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 312 ədəd dronu və 38 ədəd xüsusi texnikası məhv edilib.