Ermənistanda aksiyada etirazçı öldü

 15:44 05.05.2022     160

Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilir.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalifət nümayəndələri İrəvanda yenidən bir neçə küçəni bağlayıb.

Aksiya iştirakçıları vətəndaşları onlara qoşulmağa çağırıb. Hələ ki saxlanılanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.