Rusiya ordusu "Azovstal"dan ÇIXARILDI

Ukraynanın müdafiəçiləri Rusiya qüvvələrini “Azovstal” zavodu ərazisindən çıxarıb.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
Onun sözlərinə görə, zavod ərazisinə 3-cü gündür hücum davam edir:
“İşğalçılar ərazidən çıxarılıb. Mayın 4-də Rusiya qoşunları “Azovstal” ərazisinə soxulmuşdu. Müdafiəçilərimiz tərəfindən çıxarılıb”.