Zelenski Almaniya prezidenti ilə BARIŞDI

 18:57 05.05.2022     510

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər telefon danışığını müsbət qiymətləndiriblər.

Bildirilir ki, hər iki lider arasında keçmişdə yaşanan anlaşılmazlıq aradan qaldırılıb. Söhbət zamanı prezidentlər yaxın təmasda qalmaqla bağlı razılığa gəliblər.

Məlumata görə, Zelenski almaniyalı həmkarı və kansler Olaf Şoltsu Kiyevə səfərə dəvət edib.

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina etmişdi. Ukrayna liderinin bu addımı Almaniyada etirazla qarşılanmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən