Rus generalların Ukraynada öldürülməsində ABŞ kəşfiyyatının BARMAĞI

 19:13 05.05.2022     342

“ABŞ Ukraynaya real vaxt rejimində döyüş sahəsinə dair kəşfiyyat məlumatlarını, o cümlədən Rusiyanın mobil hərbi qərargahının yerləşdiyi yer barədə məlumat verir”.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Times” yüksək rütbəli amerikalı məmurlara istinadən xəbər yayıb. 

Məlumatda Ukrayna ordusunun ABŞ-ın paylaşdığı məlumatlara öz kəşfiyyatını da daxil edərək döyüş meydanında Rusiya hərbi rəsmilərini hədəfə aldığı, indiyədək təxminən 12 rus generalının artilleriya atəşi və ya digər hücumlarla öldürüldüyü iddia edilib.

Xəbərdə Ukrayna ordusunun bütün hücumlarının ABŞ kəşfiyyatına əsaslanmadığı bildirilərək ABŞ-ın Rusiya ordusuna qarşı kəşfiyyat məlumatlarını necə topladığı və ya bu məlumatı paylaşdığı üçün ümumilikdə neçə rus generalının öldürüldüyü açıqlanmayıb (qafqazinfo.az).