Avropa Parlamenti Moldovanın üzvlük ərizəsini TƏSDİQLƏDİ

 19:19 05.05.2022     317

Avropa Parlamenti Moldovanın Avropa İttifaqına üzvlük ərizəsini təsdiqləyən qətnamə qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin saytında dərc olunub.

Bildirilib ki, sənəddə Moldovanın təşəbbüsü dəstəklənib. Eyni zamanda Moldovanın Rusiyanın Ukraynaya hücumundan zərər çəkdiyi və 450 mindən çox ukraynalı qaçqını qəbul etdiyi vurğulanıb.

Qətnamədə həmçinin Avropa İttifaqının Moldovaya makromaliyyə yardımı göstərməli olduğu diqqətə çatdırılıb. Sənəddə göstərilib ki, Aİ Moldovaya namizədlik statusu verməli və Avropa Komissiyası da ən qısa vaxtda müraciətin qiymətləndirilməsinə başlamalıdır.

Xatırladaq ki, Moldova Ukrayna tərəfinin oxşar addımından sonra 2022-ci il martın 3-də Aİ-yə üzvlük üçün müraciət etmişdi.