Atasını maşının baqajına salıb DİRİ-DİRİ YANDIRDI

 20:30 05.05.2022     499

Rusiyanın Verxnaya Pışma şəhərində gənc oğlan atasını diri-diri yandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Oğul cinayət hadisəsini Mayakovski küçəsində dostları ilə birlikdə törədib. Axşam saatlarında kişini döyərək zorla “Lada” markalı avtomobilin yük yerinə salıblar. Sonra avtomobilin üzərinə yanacaq tökərək alışdırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qurbanın cəsədini yük yerində yanmış vəziyyətdə tapıb. Bundan sonra polislər şübhəliləri saxlayıblar. Gənclərdən ikisi Permdə, biri Verxnaya Pışmada, biri isə Yekaterinburqda ələ keçib.

Mərhumun oğlu ifadəsində bildirib ki, uşaqlıqdan atası tərəfindən aşağılayıcı təhqirlərə məruz qaldığından qisas alıb.

Faktla bağlı araşdırma davam edir.