Conson və Zelenski uzaqmənzilli silahların tədarükünü müzakirə ETDİLƏR

 20:40 05.05.2022     509

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə iki siyasətçi arasında telefon danışığından sonra Böyük Britaniya hökuməti başçısı ofisinin yaydığı məlumatda deyilir.

“Liderlər döyüş meydanında baş verənləri və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını, o cümlədən dinc əhalinin bombalanmasının qarşısını almaq üçün daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər”, - kommünikedə deyilir.

Conson və Zelenski, həmçinin günahkarların məcburi qaydada məsuliyyətə cəlb edilməsi ilə Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar.