Putin İsraildən ÜZR İSTƏDİ

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetlə telefon danışığı zamanı xarici işlər naziri Sergey Lavrovun yəhudilər və antisemitizmlə bağlı sözlərinə görə üzr istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Naftali Bennetin ofisində məlumat verilib.
“Putinlə Bennett Rusiyanın xarici işlər naziri Lavrovun sözlərini də müzakirə ediblər.
Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə təşəkkür edib.
Qeyd edək ki, Kremlin mətbuat xidməti də Rusiya Federasiyasının prezidenti ilə İsrailin baş naziri arasında telefon danışığı barədə məlumat yayıb, lakin Rusiya prezidentinin üzr istəməsi barədə məlumat verilməyib.