Makron partiyasının adını DƏYİŞDİ

Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi "İrəli, Respublika" partiyasının adı dəyişdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Stanislas Querini məlumat yayıb.
Partiya budan sonra “Renessans” adlandırılacaq.
Qeyd edək ki, 6 aprel 2016-cı ildə Fransanın o zamankı iqtisadiyyat və maliyyə naziri Makron “İrəli!” siyasi hərəkatını yaradıb. Həmin ilin avqustunda o, nazir vəzifəsindən istefa verib, noyabrın 16-da ölkə prezidentliyinə namizədliyini irəli sürüb.
2017-ci il mayın 7-də Makron prezident seçkilərinin ikinci turunda qalib gəlib və ertəsi gün partiyanın adını dəyişdirərək "İrəli, Respublika!" qoyub.