BMT-nin baş katibi Mariupoldan təxliyə olunanların sayını açıqladı

 09:21 06.05.2022     463

BMT-nin əməliyyatı sayəsində 500-ə yaxın Mariupol sakini təxliyə edilib.

Redaktor.az-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş Ukraynada sülh və təhlükəsizliyin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"Bu günə qədər ümumilikdə 500-ə yaxın mülki şəxs təxliyə edilib", - deyə A.Quterreş bildirib.

Baş katib əlavə edib ki, BMT-nin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə humanitar əməliyyatı aprelin 29-da başlayıb.

Bu günə kimi iki təxliyə əməliyyatı uğurla həyata keçirilib. Mayın 3-də başa çatan birinci əməliyyat zamanı “Azovstal” zavodundan 101, qonşu rayondan isə daha 59 mülki şəxs təxliyə edilib. Ötən gecə başa çatan ikinci əməliyyat zamanı şəhər və ətraf rayonlardan 320-dən çox mülki şəxs xilas edilib.

"Üçüncü əməliyyat hazırda davam edir" - Quterreş deyib.

Vumart və Güvən reklamı Vumart Güvən