"Zelenski Putinlə diplomatik masa arxasına oturmağa hazırdır"

 10:48 06.05.2022     118

“Prezident Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə diplomatik masa arxasına oturmağa hazırdır”.

Redaktor.az-ın məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “RBK Ukraina”ya müsahibəsində deyib.

“Krım məsələsi məhz iki dövlət başçısının görüşündə həll edilməli olan mürəkkəb bir məsələdir. Prezidentimiz danışmağa hazırdır. Amma müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz heç bir halda müzakirə mövzusu deyil” - o, bildirib.

Yermak vurğulayıb ki, hazırda əsas vəzifə müharibəni dayandırmaq və rus qoşunlarını müharibəyə qədərki yerlərinə geri qaytarmaqdır.

O bildriib ki, Krım məsələsi siyasi müstəvidə həllini tapmalıdır.