Özbəkistan sərhədçiləri 3 qırğızı öldürdü

Özbəkistan sərhədçiləri Qırğızıstanla sərhəddə bu ölkənin 3 vətəndaşını güllələyib.
Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Komitə hadisənin Cəlalabad vilayətinin Dobo-Korqon ərazisində baş verdiyini açıqlayıb.
Yaralılar Qırğızıstanın Al-Bukin rayonundakı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı iki ölkə birgə araşdırma aparır.