"Ukraynaya məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsi vurulub" - İqor Konaşenkov

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-25 və MiQ-29 təyyarələrini Luqansk üzərində vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Preobrajennoe yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 və bir MiQ-29 təyyarəsini vurub, həmçinin dörd "Toçka-U" ballistik raketi havada vurulub" - deyən Konaşenkovun sözlərinə görə, bundan əlavə, ötən gecə ərzində Xarkov və Xerson vilayətlərində və Donbass ərazisində Ukraynanın 13 pilotsuz uçuş aparatı məhv edilib.