Rusiyanın Ukraynadakı dəhşətli itkiləri - RƏQƏMLƏR

 13:14 06.05.2022     512

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Feysbuk səhifəsində bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin fevralın 24-dən bu günədək təxminən 24 900-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Qeyd olunub ki, bu günədək işğalçıların 1 110 tankı, 2 686 zirehli döyüş maşını, 502 artilleriya sistemi, 171 reaktiv yaylım atəşi sistemi, 83 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1926 avtomobil texnikası və yanacaq çəni, 11 gəmi/kateri, 324 dronu, 38 xüsusi avadanlığı, 90 qanadlı raketi məhv edilib.

Cavid İmaməliyev

2