Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 14:50 06.05.2022     228

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 223 uşaq ölüb, 408 uşaq güllə və qəlpə yarası alıb.

Redaktor.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı isə 631-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bildirilib ki, Rusiya hərbi qüvvələrinin gündəlik bombardmanı və atəşi nəticəsində 1 607 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 121-i tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.