Rusiya "Azovstal"da atəşkəsi pozdu - Ölən və yaralananlar var - FOTO

Rusiya tərəfi Ukrayna ilə "Azovstal"la bağlı əldə olunmuş atəşkəs razılaşmasını pozub.
Redaktor.az xəbər verir ki, bu barədə Mariupoldakı "Azov" alayı məlumat yayıb.
"Atəşkəs olmasına baxmayaraq, ruslar “Azovstal” zavodunun ərazisində hərəkət edən avtomobili vurub. Bu avtomobil mülki şəxsləri zavoddan çıxarmaq üçün onlara doğru hərəkət edirdi. Atışma nəticəsində 1 döyüşçü həlak olub, 6-sı yaralanıb. Düşmən bütün razılaşmaları pozmaqda davam edir və mülki əhalinin təxliyəsi zamanı təhlükəsizlik təminatlarına əməl etmir", - "Azov"un bu dəqiqələrə olan açıqlamasında bildirilir.
Xatırladaq ki, Ukrayna və Rusiya Mariupol şəhərindəki "Azovstal" metallurgiya zavodu ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəlmişdilər. Razılaşmaya görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcəkdi.
T.İSMAYIL

