Zelenski Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında qanun İMZALADI

Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Stefançuk deyib ki, Ukrayna Nazirlər Kabinetinə Əmək Məcəlləsi, Mənzil Məcəlləsi və İnzibati Xətalar Məcəlləsini hazırlamaq tapşırılıb.
Sədr bu qanunun hazırlanmasında köməklik göstərən və onun qəbulunun lehinə səs verən bütün deputat həmkarlarına təşəkkür edib.