Zelenski G7 ölkələrinin iclasında çıxış edəcək

 17:03 06.05.2022     199

Ukrayna Prezidenti Volodimir Zelenski G7 ölkələrinin liderlərinin görüşündə iştirak edəcək.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin nümayəndəsi Kristiane Hofman brifinqdə deyib.

Onun sözlərinə görə, görüş mayın 8-i videokonfrans formatında baş tutacaq. İclasın əsas mövzusu isə Ukraynadakı vəziyyət olacaq.