"Putin müharibədə qalib gəlməməlidir" - Almaniya kansleri

 17:45 06.05.2022     512

"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir və gəlməyəcək".

Redaktor.az “Bild”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts mayın 6-da Hamburq şəhərində keçirilən tədbirdə bildirib.

"Rusiyanın Ukraynaya təcavüzü zamanımız üçün böyük fəlakətdir. Bu təcavüzkar və dağıdıcı müharibədən sonra dünya əvvəlki kimi olmayacaq, o artıq elə deyil”, - o vurğulayıb.