Zelenski Almaniya kanslerini Qələbə günü Kiyevə DƏVƏT ETDİ

 18:23 06.05.2022     219

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsu mayın 9-da Kiyevə səfər etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski Britaniyanın “Chatham House” analitik mərkəzinin üzvləri ilə videokonfrans formatında baş tutan görüşündə danışıb.

"O, mayın 9-da bura, Kiyevə gəlmək üçün çox güclü siyasi addım ata bilər. Mən bu tarixin əhəmiyyətini izah etmirəm, düşünürəm ki, bunun səbəbini başa düşəcək qədər məlumatlısınız", - deyə Ukrayna lideri bildirib.