Çin təyyarələri Tayvanda GƏRGİNLİK YARATDI

 19:46 06.05.2022     612

Tayvan administrasiyasının Hərbi Hava Qüvvələri Filippin dənizinin şimal-qərbində Çinə məxsus 18 hərbi təyyarə aşkar edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tayvan ordusu məlumat yayıb.

Qeyd olunur ki, buna cavab olaraq Tayvan ordusu zenit-raket sistemlərini aktivləşdirib.

Adaya yaxınlaşan təyyarələrin 6-sı qırıcı, biri sualtı qayıq əleyhinə təyyarə, ikisi bombardmançı olub.

Qeyd edək ki, Çin hazırda Tayvan adası yaxınlığında hərbi təlimlər keçirir. Təlimlərin ABŞ konqresmenlərinin Tayvana səfərinə cavab olaraq keçirildiyi bildirilir. Çin Müdafiə Nazirliyi bu səfəri sərt tənqid edib.