Kubada tarixi hoteldə partlayışda ölənlər var  - VİDEO

 00:02 07.05.2022     385

Kubanın paytaxtı Havanada şiddətli partlayış baş verib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, tarixi “Saratoga” hotelində baş verən partlayışda 8 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.

Səlahiyyətlilər partlayışın baş verdiyi hotelin yaxınlığındakı məktəbdə uşaqların təxliyə edildiyini və vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən