İçində 500 kiloqram kokain olan helikopter qəzaya uğradı

 01:17 07.05.2022     160

Boliviyanın Santa Kruz departamentində göyərtəsində 500 kiloqram kokain olan helikopter qəzaya uğrayıb.

Redaktor.az bildirir ki, bu barədə “Pagina Siete” məlumat yayıb.

“Göyərtəsində 500 kiloqram kokain olan vertolyot Santa Kruz departamentinin San İqnasio de Velasko bölgəsində qəzaya uğrayıb. Yükün təyinat yeri çox güman ki, Braziliya olub”, – deyə qəzet qeyd edir.

İki ekipaj üzvü yaralanaraq xəstəxanaya çatdırılıb. Baş Prokurorluq onların hər ikisini həbs edib.

Faktla bağlı araşdırma aparılır.