Bayden hirsləndi: "Bu cür sızıntılar məqsədimizdən yayındırır”

 10:04 07.05.2022     642

ABŞ Prezidenti Co Bayden ordunu Ukrayna ilə kəşfiyyat məlumatı mübadiləsi də daxil olmaqla, məlumat sızdırdığına görə tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə NBC telekanalına Ağ Evin nümayəndələri məlumat veriblər.

Bir məmurun sözlərinə görə, MKİ direktoru Villiam Burns, Milli Kəşfiyyatın direktoru Avril Haynes və müdafiə naziri Lloyd Ostin ilə telefon danışığında Bayden deyib ki, "bu cür sızıntılar məqsədimizdən yayındırır”.

Başqa bir səlahiyyətli Baydenin sızmaların dayandırılmalı olduğunu çatdırdığını söyləyib.

Bayden, xüsusən də Pentaqonun Ukrayna Silahlı Qüvvələrinə "Moskva" kreyserinin dəqiq koordinatlarını verməsi ilə bağlı narahatlığı fonunda rəsmilərlə danışıb.

Bəzi administrasiya rəsmiləri ictimai açıqlamaların Rusiya Prezidenti Vladimir Putini təhrik etməklə münaqişəni gərginləşdirə biləcəyindən və ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinin effektivliyini azaldacağından narahat olduqlarını bildiriblər.

Bundan əvvəl bir sıra Amerika KİV-ləri hərbi mənbələrə istinadən Amerikanın “Moskva” kreyserində Ukraynanı koordinasiya etdiyini yazmışdı.

Daha sonra Müdafiə Nazirliyinin sözçüsü Co Kirbi aydınlıq gətirib ki, Vaşinqton Rusiya gəmisinin batırılacağını bilmirdi. Kirbi qeyd edib ki, bu, ukraynalıların müstəqil qərarıdır.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən