Rusiyanın T-90M tankı MƏHV EDİLDİ

 10:03 07.05.2022     122

“Döyüşlərdə Rusiyanın ən müasir döyüş qurğularından olan ən azı 1 T-90M tankı məhv edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafi Nazirliyinin tviter hesabındakı kəşfiyyat məlumatında qeyd olunub.

Bildirilib ki, həmin tank modeli təkmilləşdirilmiş zireh və peyk naviqasiya xidmətinə malikdir. “Ümumiyyətlə, Ukraynadakı müharibə Rusiyanın ən bacarıqlı bölmələrinə ağır zərbə vurub. Bundan sonra Rusiyanın əvvəlki imkanlarının bərpası xeyli vaxt və xərc tələb edəcək”, - məlumatda göstərilib.