Zelenskinin paltarı 110 min dollara satıldı

 10:23 07.05.2022     502

Ukrayna Prezidenti Volodimir Zelenskinin gödəkçəsi Londonda 110 min dollara satılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, prezidentin geyimi mayın 5-də hərraca çıxarılıb. İlkin qiymət 61 000 dollar müəyyən edilib. Yekunda Zelenskinin geyimi 110 min dollara alınıb.

Qeyd edilib ki, vəsait Ukraynaya humanitar yardım məqsdilə istifadə olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən